Avropa
“Hava qalxanı”, "dron divarı" - Avropanın 15 milyardlıq layihəsi
Avropa Komissiyası Aİ ölkələrinin SAFE fondundan istifadə etmədiyi vəsaitləri “Avropa hava qalxanı” və “Dron divarı” layihələrinə yönəltməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, “Euractiv”in məlumatına görə, Avropa Komissiyası bu layihələr üçün 15 milyard avroya qədər vəsait cəlb etməyi planlaşdırır.
“Avropa hava qalxanı” Avropa ölkələrinin inteqrasiya olunmuş hava hücumundan və raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. “Dron divarı” isə ilk növbədə Aİ-nin şərq sərhədləri boyunca pilotsuz uçuş aparatlarının aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə yönələcək.
Aİ-nin 150 milyard avroluq SAFE fondu 2030-cu ilə qədər Avropanın müdafiə potensialının gücləndirilməsi proqramı çərçivəsində hərbi satınalmalara güzəştli kreditlərin verilməsi üçün yaradılıb. Fondun vəsaitlərinin bir hissəsi hələ mənimsənilmədiyindən, Avropa Komissiyası qalan məbləği prioritet müdafiə layihələrinə yönəltmək niyyətindədir.
Vəsaitlərin bölgüsü ilə bağlı yekun qərar Aİ-yə üzv dövlətlərlə razılaşdırıldıqdan sonra veriləcək.
Müəllif: Adəm
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...















.jpg)
.jpg)







.jpg)




.jpg)








.jpg)
