Avropa
Baltik dənizi hərbi qarşıdurma zonasına çevrilir - Vəziyyət nəzarətdən çıxa bilər
Bir vaxtlar ən dinc bölgə olan Baltik dənizi Şimali Atlantika Alyansının (NATO) səyləri ilə ən sakit regiondan hərbi qarşıdurma zonasına çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) müavini Aleksandr Qruşkoya istinadla TASS məlumat yayıb.
Qruşko vurğulayıb ki, Qərbin hərəkətləri səbəbindən bu gün Baltikdə hərbi eskalasiya potensialı mövcuddur. Bundan əlavə, qarşıdurma böyük risklərlə müşayiət oluna və nəzarətdən çıxa bilər.
“Baltik dənizi faktiki olaraq yalnız hərbi rəqabət zonası deyil, həm də hərbi xarakterli gözlənilməz insidentlərin böyük riski ilə müşayiət olunan hərbi qarşıdurma zonasıdır”, - deyə Qruşko bəyan edib.
Daha əvvəl Şimali Atlantika Alyansı ölkələrinin aviasiyasının Polşa və Litva üzərindəki hava məkanından, eləcə də Baltik dənizinin neytral sularından istifadə edərək Rusiya sərhədlərində müntəzəm olaraq patrul xidməti apardığı məlum olub.
Hüseyn İbadlı
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























