Avropa
Avropanı qorxuya salan iki dron – Rusiya Almaniyanı fırıldaqçılıqda ittiham etdi
Almaniya Rusiyanı günahlandırmaq üçün dron hekayəsini uydurub.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.
"Dronla bağlı uydurulan bütün hekayə dəyərsizdir: heç bir fakt, heç bir dəstəkləyici material, heç bir şey yoxdur", - Zaxarova deyib.
Onun sözlərinə görə, bu hadisə Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması və Berlindəki “Rus evi”nin fəaliyyəti ilə bağlı müqavilənin ləğv edilməsi qərarına səbəb olub .
Avqustun 5-i gecəsi Leypsiq /Halle hava limanında iki naməlum obyekt – biri səmada, ikincisi isə yerdə aşkar edilib. Hadisə səbəbindən hava limanının fəaliyyəti məhdudlaşdırılıb.
Söhbət detonatorlu paketi olan drondan gedir. “Bloomberg” jurnalisti Maykl Nienaber daha sonra dron hadisəsinin Avropanın özünəinamına zərbə olduğunu bildirib. Berlindəki Rusiya səfirliyi hadisəni tələsik təşkil olunmuş təxribat adlandırıb.
Müəllif: Tural
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























