Avropa
Sosial media paylaşımları turizm xaosu yaratdı: Cənnət cəhənnəmə çevrildi
Balos çimərliyi həddindən artıq izdiham səbəbindən bərələrdən düşməkdə çətinlik çəkən turistləri göstərən bir videonun yayılmasından sonra gündəmə gəlib.
Publika.az xəbər verir ki, bir çoxları "Bu, turizm deyil, cəhənnəmdir” şərhlərini yazıblar.
“Daily Mail”in məlumatına görə, bütün sahil xətti turistlərlə dolu olub və daha çox insan qayıqla gəlib.
Çimərlikdə o qədər çox insan olub ki, heç kim tərpənə bilməyib. Firuzəyi suları və mənzərələri ilə məşhur olan Balos çimərliyi dözülməz adlandırılıb və bildirilir ki, Yunanıstan hakimiyyəti eyni vaxtda çimərliyə daxil olmaq istəyən insanların sayını məhdudlaşdırmağa çalışır.
Digər tərəfdən, eyni izdihamın Yunanıstanın digər vulkanik adası olan Santorinidə də yaşandığı bildirilib. Santorinidə turistlərin adanın ən yaxşı yerlərində selfi çəkmək üçün saatlarla növbə gözlədikləri və hətta yaşayış yerlərinə girmək üçün növbədə gözləməli olduqları bildirilib. Yunan adalarından çəkilmiş selfiləri sosial media hesablarında paylaşmaq istəyənlərin bu turizm xaosunda mühüm rol oynadığı və tətili kabusa çevirdiyi vurğulanıb.
Müəllif: Tural
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























