Avropa
İsrailə bəd xəbər: Bu ölkə satışlara məhdudiyyət qoydu
Lüksemburq İsrailin Avropa İttifaqı (Aİ) ölkələrindəki investorlara istiqraz satmasına imkan verən razılaşmanı uzatmayıb.
Publika.az xəbər verir ki, Lüksemburqun maliyyə bazarlarına nəzarət edən CSSF qurumu tərəfindən ötən il təsdiqlənən izahnamenin qüvvədə olma müddəti avqustun 31-də başa çatıb. Müddətin bitməsi ilə Lüksemburq İsraillə razılaşmanı yeniləməyib.
Bununla İsrailin sözügedən istiqrazlar vasitəsilə Aİ bazarlarındakı investorlardan vəsait cəlb etməsi dayandırılıb. İsrail istiqraz satışlarını davam etdirmək üçün izahnamenin təsdiqlənməsinə razılıq verəcək başqa Aİ ölkəsi tapmalıdır.
“Israel Bonds” adlanan istiqrazlar İsrailin xarici investorlardan borclanması üçün buraxılır. Bu istiqrazlardan əldə edilən vəsait müdafiə və hərbi xərclər də daxil olmaqla, ölkənin ümumi maliyyə ehtiyaclarının qarşılanmasına yönəldilir.
Proqram çərçivəsində 1 ildən 15 ilədək müxtəlif müddətli istiqrazlar satışa çıxarılır. Məlumata görə, Aİ ölkələrinə satılan İsrail istiqrazları hər il təxminən 2,5 milyard dollar gəlir gətirir.
Qeyd edək ki, bundan əvvəl İsrail istiqrazları üzrə Aİ-də tənzimləyici mərkəz İrlandiya olub. Lakin İrlandiya da parlament və vətəndaş cəmiyyəti qruplarının təzyiqindən sonra razılaşmanı yeniləməkdən imtina edib.
Akqabay
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























