Avropa
Əfsanəvi adada qədim yaşayış məskənlərinin izləri tapıldı
Britaniyalı arxeoloqlar Şotlandiyanın bazalt Finqal mağarası ilə məşhur olan Staffa adasında tarixəqədərki məskənin izlərini aşkar ediblər. Aralarında keramik nümunələr və çaxmaqdaşı alətlərin olduğu tapıntıların yaşı təxminən dörd min ildir.
Publika.az xəbər verir ki, bu tapıntı barədə “The Past” nəşri məlumat yayıb.
Qlazqo və Sterlinq universitetlərinin tədqiqatçıları Şotlandiyanın Staffa adasının mərkəzində qazıntı işləri aparıblar. XIX əsrdə turistlər üçün tikilmiş daş evin xarabalıqları altında alimlər diametri 4–5 metr olan dairəvi xəndək aşkar ediblər. Xəndəkdə bəzəkli keramikanın 100-ə yaxın fraqmenti, 60-dan çox çaxmaqdaşı aləti və yanmış daşlar olub. Tapılan toxumun radiokarbon analizi göstərib ki, bu obyekt erkən və ya orta tunc dövrünə (e.ə. 1883–1701-ci illər) aiddir.
Qədim abidə ilə yanaşı, mütəxəssislər XV–XVII əsrlərə aid kənd təsərrüfatı fəaliyyətinin izlərini də aşkar ediblər. Məlum olub ki, yerli sakinlər vələmir yetişdirib, torpağı dəniz yosunları ilə gübrələyib və mal-qara saxlayıblar. “Biz işə bazalt qayalarında öz adlarını saxlamış turistlərin arxeologiyasını öyrənməklə başladıq və nəticədə adada yaşamış və təsərrüfatla məşğul olmuş insanların izlərini tapdıq”, — deyə Şotlandiya Milli Fondunun arxeologiya xidmətinin rəhbəri Derek Aleksandr qeyd edib.
Staffa adası 1772-ci ildə naturalist Cozef Benksin sayəsində məşhurlaşıb. Qara bazalt sütunları və gur əks-sədalı Finqal mağarası rəssam Uilyam Törneri, bəstəkar Feliks Mendelsonu və kraliça Viktoriyanı ilhamlandırıb. Hər il bura 80 mindən 90 minə qədər turist gəlir və onlar əsrlər boyu mağaranın divarlarında müxtəlif yazılar saxlayıblar. Bu yazıların arasında İkinci Dünya müharibəsi dövrünə aid hərbi gəmilərin dənizçilərinin adlarına da rast gəlinir.
Uzun müddət hesab olunurdu ki, Staffa adası insan əli dəyməmiş müstəsna geoloji fenomendir. Lakin yeni məlumatlar sübut edir ki, insanlar kütləvi turizm erasından çox-çox əvvəl bu torpaq sahəsində məskunlaşıblar. Yazda arxeoloqlar komandası Sauthempton Universitetindən olan həmkarları ilə birlikdə sahilboyu ərazilərin geofiziki tədqiqatlarını aparmaq üçün adaya qayıtmağı planlaşdırır.
Hüseyn İbadlı
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























