Avropa
Praqada Azərbaycanın mina problemi gündəmə gətirildi - FOTO
Çexiyanın paytaxtı Praqada CEVRO Universitetində Ermənistanın Prezidenti Vaaqn Xaçaturyanla açıq görüş keçirilib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Prague Centre for Transatlantic Relations” tərəfindən təşkil olunan tədbirdə siyasətçilər, tələbələr, akademiklər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Görüşdə Azərbaycan diasporunun nümayəndəsi, “Land of Fire” cəmiyyətinin təsisçisi və Diasporla İş üzrə Dövlət Komitəsinin Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev də iştirak edib.
Ermənistan Prezidenti çıxışı zamanı Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən, Qarabağda baş vermiş hadisələrdən və 2020-ci il müharibəsindən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasından, habelə Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında regional əməkdaşlıq imkanlarından danışıb.
Çıxışdan sonra tədbirin moderatoru Tomas Pojar Ermənistan Prezidentinə müxtəlif məsələlərlə bağlı suallar ünvanlayıb. Görüşün həmin hissəsində digər iştirakçıların ayrıca sual verməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, tədbirin sonunda Fərid Əmirəliyev Ermənistan Prezidentinə müraciət edərək Azərbaycan üçün mühüm olan məsələ ilə bağlı sual vermək istədiyini bildirib. Onun müraciətindən sonra Azərbaycan ərazilərindəki mina problemi ilə bağlı sual səsləndirilib.
F.Əmirəliyev Ermənistan Prezidentindən Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə zaman Azərbaycana təqdim ediləcəyini soruşub.
O, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyini və sülhün davamlı olmasının arzu edildiyini qeyd edərək, mina probleminin Azərbaycan vətəndaşlarının həyatına və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam etdiyini vurğulayıb.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan cavabında bildirib ki, Azərbaycan tərəfindən tələb olunduğu təqdirdə, Ermənistanın əlində olan mina xəritələri, məlumatlar və digər materiallar Azərbaycan tərəfinə təqdim edilib. O, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi ilə bağlı Ermənistanın əlində olan məlumatların da Azərbaycan tərəfinə verildiyini bildirib. Lakin Ermənistan Prezidentinin cavabında ona ünvanlanan əsas suala – Azərbaycan ərazilərindəki minalanmış sahələrin tam və dəqiq xəritələrinin nə zaman təqdim ediləcəyi məsələsinə konkret tarix və ya müddət göstərilməyib.
Beləliklə, Xaçaturyan Ermənistanın əlində olan məlumatların artıq Azərbaycan tərəfinə təqdim edildiyini vurğulasa da, mina xəritələrinin tamlığı və onların təqdim olunması üçün konkret zaman çərçivəsi ilə bağlı öhdəlik açıqlamayıb.
Ermənistan Prezidenti mina probleminin tezliklə həll olunacağına və Azərbaycanla Ermənistan arasında sülhün daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Görüş başa çatdıqdan sonra Vaaqn Xaçaturyan Fərid Əmirəliyevə yaxınlaşaraq onunla əl sıxıb və belə bir sualı açıq şəkildə səsləndirdiyinə görə onu təbrik edib.
Daha sonra bir sıra tədbir iştirakçıları F.Əmirəliyevə yaxınlaşaraq mina problemini Ermənistan Prezidentinin qarşısında gündəmə gətirdiyinə görə ona təşəkkür və təbriklərini çatdırıblar.
F.Əmirəliyev bildirib ki, onun məqsədi siyasi qarşıdurma yaratmaq deyil, Azərbaycan vətəndaşlarının həyatına təhlükə yaradan mina problemini beynəlxalq auditoriyanın və Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq olub.
“Sülh yalnız siyasi bəyanatlarla deyil, insanların təhlükəsizliyinin təmin olunması ilə də ölçülür. Azərbaycan ərazilərindəki minalar bu gün də insanların həyatına təhlükə yaradır. Ona görə də belə bir platformada bu məsələni Ermənistan Prezidentinin qarşısında səsləndirməyi vacib hesab etdim”, – deyə F.Əmirəliyev bildirib.
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək
-
Yaxın Şərq00:30Oman İranla Hörmüz boğazı müqaviləsindən imtina etdi
-
Magazin200:1557 yaşlı Cennifer Lopezin gənclik FOTOLARI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik anlar əhvalınızı xeyli qaldıracaq
-
Sağlamlıq3 Sentyabr 22:36Hipertoniya üçün ən yaxşı pəhriz - Kardioloq nələri məsləhət görür?
-
Magazin13 Sentyabr 22:24Aysel İbrahimova: "Bəzi şeyləri dəyişmək qərarı aldım" - VİDEO
-
Magazin13 Sentyabr 21:24Eldəniz Məmmədova ağır itki üz verdi
-
İdman3 Sentyabr 21:12"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqladı



















.jpg)
















.jpg)