Avropa
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı gizli plan
Almaniya kansleri Fridrix Mertsin silahdaşları regional seçkilərdən sonra onun hökumət başçısı postundan uzaqlaşdırılması ehtimalını pərdəarxası müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Bildirilib ki, sentyabrda ölkənin şərqində keçiriləcək regional seçkilərdə Xristian Demokrat İttifaqı (XDS) uğursuz nəticə göstərərsə, partiya daxilində Mertsin istefası üçün kampaniyaya başlanıla bilər.
Saksoniya-Anhaltda sentyabrın 6-da keçiriləcək seçkilərdə müxalif Almaniya üçün Alternativ (AfD) partiyasının qalib gələcəyi gözlənilir. Sentyabrın 20-də isə Meklenburq-Ön Pomeraniya və Berlində keçiriləcək seçkilərdə XDS-nin mövqelərinin zəiflədiyi bildirilir.
XDS-nin regional təşkilatının üzvü Yulian Şaxe seçkilərdən sonra hakimiyyət daxilində dəyişiklik tələblərinin arta biləcəyini deyib. Onun sözlərinə görə, bəzi siyasətçilər Mertsin istefasına nail olmağa çalışa bilərlər.
Qeyd olunub ki, bir sıra regionlarda XDS nümayəndələri Mertsin seçki kampaniyalarında iştirak etməsini də istəmir. Kansler ölkədə iqtisadi problemlər və hökumətin siyasətindən narazılıq fonunda aşağı reytinqlə üzləşib.
Xatırladaq ki, Merts Almaniya kansleri postuna 2025-ci ilin sonunda gəlib.
Müəllif: Adəm
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























