Avropa
Mertsi təhqir etdilər: Rədd ol buradan!
Almaniya kansleri Fridrix Merts regional parlament seçkiləri ərəfəsində Saksoniya-Anhalt sənaye parkında olub və burada etirazçıların sərt reaksiyasına məruz qalıb.
Publika.az xəbər verir ki, kansler sənaye parkına səfəri zamanı regional Xristian Demokrat İttifaqının (CDU) nümayəndələri ilə qapalı görüş keçirib. Lakin tədbir yerinin yaxınlığında təxminən 150 nəfər toplaşıb. Onların arasında sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarları da olub.
Merts toplaşanlarla ünsiyyət qurmayıb, foto çəkdirmək üçün dayanmayıb. Kansler avtomobilinə minərək ərazini tərk edərkən kütlənin bir hissəsi “Rədd ol!” şüarı səsləndirib.
Bununla belə, hamı etirazçılara qoşulmayıb. Yerli sakinlərdən biri kanslerin bu cür qarşılanmasından utandığını bildirərək, hətta Mertslə birlikdə məmnuniyyətlə pivə içə biləcəyini deyib.
Son sorğulara görə, Saksoniya-Anhaltda AfD 41 faizlə liderdir. CDU-nun reytinqi isə 23 faiz təşkil edir. Merts səsverməyə qədər bölgəyə yenidən səfər etməyi planlaşdırmır.
Qeyd edək ki, son illərdə Almaniyanın şərq bölgələrində hökumət rəhbərləri etirazlarla qarşılanır. 2024-cü ildə keçmiş kansler Olaf Şolts da oxşar vəziyyətlə üzləşmişdi.
Müəllif: Adəm
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...










.jpg)












.jpg)













