Avropa
2 milyon avroluq şantaj: Berlin administrasiyasının məlumatları yayıldı
“Rhysida” haker qrupu Berlin əyalət administrasiyasına qarşı həyata keçirdiyi kiberhücum zamanı oğurladığı məlumatları internetdə yayıb. Buna səbəb isə qrupun tələb etdiyi təxminən 2 milyon avro məbləğində fidyəni ala bilməməsi olub.
Publika.az “Spiegel”ə istinadən xəbər verir ki, hakerlər “Darknet”də təxminən 5,8 terabayt həcmində məlumat yerləşdirib. Yayılan məlumatlar arasında 1,4 milyondan çox fayl ictimaiyyət üçün əlçatan olub.
“Rhysida” Berlin Senatından 30 bitkoin, yəni təxminən 2 milyon avro tələb edib və bunun ödənilməsi üçün son tarix müəyyənləşdirib. Berlin Senatı isə bu cür şantaja boyun əyməyəcəyini açıqlayıb. Ultimatum sentyabrın 4-də saat 15:35-də başa çatdıqdan az sonra hakerlər oğurladıqları məlumatları yayımlayıblar.
Açıq yayılan məlumatların tərkibində təxminən 80 min inzibati xəta işi, 46,5 mindən çox müqavilə, kritik infrastruktur obyektləri barədə məlumatlar, məhkəmə sənədləri, fövqəladə hallar planları, parollar və 6 minə yaxın giriş məlumatının olduğu bildirilir.
Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi hücumun maliyyə qazancı əldə etmək məqsədi daşıyan kibercinayətkarlar tərəfindən həyata keçirildiyini açıqlayıb. Qurum hücumun dövlət və ya siyasi motivli qruplarla əlaqəsinə dair hər hansı sübut müəyyən etməyib.
Mütəxəssislər Berlin Senatının fidyə ödəməmək qərarını düzgün hesab edirlər. Onların fikrincə, kibercinayətkarlara ödəniş edilməsi bu cür hücumların davam etdirilməsini təşviq edə bilər.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)



.jpg)









.jpg)






.jpg)

