Avropa
Aİ-dən mənzil çatışmazlığı fonunda sərt addım
Avropa İttifaqı (Aİ) mənzil çatışmazlığı və kirayə qiymətlərinin artması fonunda “Airbnb” kimi qısamüddətli kirayə platformalarının fəaliyyətinə daha sərt qaydalar tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin əldə etdiyi qanun layihəsinə əsasən, yeni tənzimləmələr qısamüddətli kirayələrə məhdudiyyətlərin hansı hallarda əsaslandırılmış hesab ediləcəyini müəyyənləşdirəcək. Bu zaman mənzil qiymətlərinin əhalinin gəlirlərinə nisbəti, əhali artımı, habelə yerli mənzil bazarında tələb və təklif nəzərə alınacaq.
Avropa Komissiyası qısamüddətli kirayələr üçün müəyyən edilmiş yuxarı hədlərin tətbiqini və mövcud obyektlərə xüsusi təminat mexanizmlərinin yaradılmasını mümkün tədbirlər sırasında göstərir. Məqsəd Avropada qaydaları vahidləşdirmək və tam qadağaların qarşısını almaqdır.
Paris, Barselona və Venesiya kimi şəhərlər artıq bu sahədə məhdudiyyətlər tətbiq edib. “Airbnb”nin də təmsil olunduğu CCIA isə qaydaların regionların turizmdən əldə etdiyi gəlirlərə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı













.jpg)









.png)











