Avropa
Prezident Baş nazir vəzifəsinə namizəd göstərildi
Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) növbədənkənar parlament seçkilərində qələbə qazanacağı təqdirdə ölkə Prezidenti Aleksandar Vuçiçə baş nazir olmağı rəsmən təklif edib.
Publika.az xəbər verir ki, bu barədə RTS məlumat yayıb.
Vuçiç özü bəyan edib ki, yaxın günlərdə parlamenti buraxacaq və seçki kampaniyasına rəhbərlik etmək üçün prezident vəzifəsindən istefa verəcək
Seçkilərin oktyabrın 25-də keçiriləcəyi gözlənilir.
Vuçiç daha əvvəl bildirmişdi ki, seçkiləri sentyabrın 9-dan və ya 10-dan gec olmamaqla təyin edəcək. O həmçinin bəyan edib ki, qələbə qazanacağı təqdirdə yalnız baş nazirdən və 12-dən çox olmayan nazirdən ibarət hökumət formalaşdırmaq niyyətindədir.
SNS-in qərarı Serbiyada bir ildən çoxdur davam edən siyasi böhrana cavab olub. Kütləvi etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad dəmir yolu vağzalının dam örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayıb. Tələbələr və müxalifət hakimiyyəti korrupsiya və səriştəsizlikdə ittiham edərək təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Şənbə günü SNS Nişdə partiya yığıncağı keçirərkən onlarla nümayişçi şəhərdə yürüş edib. Polis tədbirin keçirildiyi Milli Teatrın binasını mühasirəyə alaraq nümayişçilərin tədbir məkanına yaxınlaşmasına imkan verməyib.
Vuçiçin 14 illik hakimiyyəti dövründə etirazlar onun siyasi nüfuzuna qarşı ən ciddi çağırışlardan birinə çevrilib. Hakimiyyət polisin zorakılığı və aksiya iştirakçılarının həbs olunması barədə məlumatlara görə beynəlxalq tənqidlərə məruz qalıb. Vuçiç özü etirazlarda iştirak edən tələbələri və müəllimləri dəfələrlə “dövləti dağıtmaq” niyyətində ittiham edib, şənbə günü isə etirazların arxasında xarici qüvvələrin dayandığını bəyan edib.
Seçkilərdə SNS etirazları dəstəkləyən tələbələrin formalaşdırdığı siyahı ilə üz-üzə gəlməli olacaq. Həmin siyahıya universitet müəllimlərinin və ekspertlərin daxil ediləcəyi gözlənilir. Bundan əlavə, seçkilərdə sağçı və mərkəzçi-solçu müxalifət partiyaları da iştirak edəcəklər.
Serbiya rəsmi olaraq Avropa İttifaqına qoşulmağa can atır, lakin demokratiyanın vəziyyəti və əvvəlki seçkilərdəki pozuntularla bağlı narazılıqlar fonunda onun avrointeqrasiyası ləngiyib. Vuçiç həmçinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib və Çinlə sıx əlaqələri saxlayır.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi













.jpg)



.jpg)


.jpg)














.jpg)

