Avropa
Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
Britaniyanın üç hava limanının operator bazasına girə bilən hakerlər siyasətçilərin, hakimlərin, məşhurların, müdafiə sənayesi işçilərinin və hərbçilərin şəxsi məlumatlarını "darknet"də dərc ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin məlumatına görə, hakerlər həmçinin Britaniya Daxili İşlər Nazirliyinin bir işçisinin planlaşdırılan uçuş və ya yerdəyişmə planları haqqında məxfi məlumatları da dərc ediblər: "Bundan əlavə, parlament işçilərinin, Daxili İşlər Nazirliyinin, İngiltərə Bankının işçilərinin və hərbçilərin səyahət qeydləri ictimaiyyətə açıqlanıb".
Xatırladaq ki, bir neçə gün öncə də oxşar hadisə baş vermişdi. Avqustun sonlarında "The Guardian" qəzeti Mançester və Şərqi Midlends hava limanlarının, eləcə də Londonun Stansted hava limanının kiberhücuma məruz qaldığını yazmışdı. Həmin vaxt hakerlər təxminən 8,7 milyon müştərinin məlumatlarını ələ keçirə bilmişdi.
Müəllif: Tural
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır























.png)











