Avropa
Seçki günü insidentlərlə yadda qaldı
İsveçdə seçki günü bülletenlərin olmaması ilə bağlı yüzlərlə insident qeydə alınıb.
Publika.az xəbər verir ki, Seçki Komissiyasının məlumatına görə, indiyədək ölkə üzrə 466 insident qeydə alınıb və onların 231-i zəruri bülletenlərin seçki məntəqələrində olmaması ilə bağlıdır.
Falkenberqdə dörd məntəqədə Xristian Demokrat Partiyasının bələdiyyə və regional seçkilər üçün təxminən 8 min bülleteni olmayıb. Partiya nümayəndələri sonradan əlavə bülletenlər çatdırıblar.
İsveç Seçki Komissiyası bildirib ki, namizədlərin adlarının əks olunduğu bülletenlərin məntəqələrə çatdırılmasına partiyaların özləri cavabdehdir. Bülletenlər olmadıqda seçicilər partiyanın bülleteninə istədikləri namizədin adını yazaraq səs verə bilərlər.
Ölkə üzrə təxminən 6300 seçki məntəqəsi fəaliyyət göstərir. Komissiyanın məlumatına görə, erkən səsvermə zamanı gündə orta hesabla 170 insident qeydə alınıb və əsas seçki günündə bu sayın artacağı gözlənilir.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir

































