Avropa
Bu Avropa ölkəsi parçalanır: 3 bölgə müstəqillik istəyir
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ərazi bütövlüyü baxımından ciddi siyasi sınaqla üzləşib.
Publika.az “İndependent”ə istinadən xəbər verir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı olan birinci nazirləri Böyük Britaniyanın gələcək konstitusion quruluşunun dəyişdirilməsi tələbi ilə bir araya gəliblər.
Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin birinci naziri və Plaid Cymru Partiyasının lideri Run ap Lorvert, həmçinin Şimali İrlandiyanın birinci naziri və Sinn Fein Partiyasının sədr müavini Mişel Onil Kardiffdə anlaşma memorandumu imzalayıblar.
Tərəflər Böyük Britaniyada mövcud siyasi modelin dəyişdirilməsinin vacibliyini vurğulayıb və müstəqillik istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Üç liderin açıqlamasına görə, Endi Börnhem bütün Birləşmiş Krallığa rəhbərlik edən sonuncu Baş nazir ola bilər.
Onlar London hökumətini Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsinə şərait yaratmağa çağırıblar.
-
Qoroskop01:20Günün ulduz falı: Planlarınızda dəyişikliklər olacaq
-
Ekopublika.az14 Sentyabr 22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...
-
Elm və təhsil14 Sentyabr 21:51Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Magazin214 Sentyabr 21:39“Kurtlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər
-
Kriminal14 Sentyabr 20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə14 Sentyabr 18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal14 Sentyabr 18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial14 Sentyabr 15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO







































