Avropa
Britaniyanın bu kəndi krallığın tərkibində qalmaq istəmir: Referendum keçirildi - SƏBƏBİ
Böyük Britaniyanın Piddinqton kəndinin sakinləri yaşayış məntəqəsinin krallığın tərkibində qalmasını istəmir və bu səbəbdən də referendum keçiriblər.
Publika.az xəbər verir ki, buna səbəb hökumətin kəndin yaxınlığındakı keçmiş hərbi bazada 1256 sığınacaq axtaran miqrantın yerləşdirilməsi planıdır.
Təxminən 400 nəfərin yaşadığı Piddinqton kəndinin sakinləri miqrantların yerləşdirilməsinin təhlükəli olmasından və kəndin ənənəvi həyat tərzinə təsir göstərəcəyindən narahatdırlar. Kənddə yaşayan 133 qadın açıq məktubla təhlükəsizliklərinin və azadlıqlarının təhdid altında olduğunu bildiriblər.
Qeyd edək ki, referendumun hüquqi qüvvəsi yoxdur. Çünki Böyük Britaniya qanunvericiliyində ayrı-ayrı yaşayış məntəqələrinin ölkə tərkibindən çıxması nəzərdə tutulmayıb. Bununla belə, kənd şurasının sədri Tim Maknelli səsvermənin sakinlərin mövqeyini ifadə etməsi baxımından əhəmiyyətli olduğunu deyib.
Britaniya hökuməti sığınacaq axtaranların yerləşdirilməsi üçün otellərdən istifadədən imtina etdiyini və bu məqsədlə hərbi bazalardan yararlanmağa başladığını açıqlayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi




















.jpg)
.png)


















