Avropa
Hörmüzə görə Avropa İttifaqının itirdiyi məbləğ bəlli oldu
Avropa İttifaqı İranla bağlı münaqişə və Hörmüz boğazındakı vəziyyət səbəbindən 90 milyard avro itirib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen Avropa Parlamentindəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri Aİ 90 milyard avro dəyərində qazıntı yanacaq idxalına əlavə xərc çəkib. Lakin alınan enerjinin həcmi artmayıb.
Fon der Lyeyen bərpa olunan enerji mənbələri, nüvə enerjisi, biometan və digər texnologiyalar da daxil olmaqla, daxili enerjinin inkişafını sürətləndirməyə çağırıb.
O, Avropanın elektrikləşdirilməsini əsas məqsədlərdən biri kimi müəyyən edib.
Aİ 2040-cı ilə qədər enerji istehlakında elektrik enerjisinin payını ikiqat artırmağı planlaşdırır. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, bu, qazıntı yanacaq idxal xərclərini ildə 260 milyard avro azaldacaq.
İranla bağlı münaqişə qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin əsas marşrutu olan Hörmüz boğazında gərginliyin artmasına səbəb olub. Bölgədə gəmiçilikdə yaranan fasilələr və risklər enerji qiymətlərinə və onlardan asılı olan ölkələrin xərclərinə təsir göstərir.
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)






.jpg)








.jpg)













