Avropa
Avropanı bürüyən anomal istilərin ağır nəticəsi: 35 min ölüm
2026-cı ilin yayında Avropada anomal isti hava ilə əlaqədar təxminən 35 min insan ölümü qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, isti dalğaları qocalar evləri və xəstəxanalarda təhlükəli temperatur artımına səbəb olub.
“İsti dalğaları zamanı orta statistik göstəricidən əlavə 35 min ölüm qeydə alınıb. Qocalar evləri və xəstəxanalar təhlükəli şəkildə qızıb. Bütün bunlar bizi gələcəkdə nələrin gözlədiyinin yalnız xəbərçisidir”, - fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Avropa dünya üzrə orta göstəricidən iki dəfə sürətlə istiləşir. Bu isə regionu iqlim dəyişikliklərinə qarşı daha həssas edir.
2026-cı ilin yayında Avropanın bir sıra ölkələrində rekord temperaturlar qeydə alınıb, Yunanıstan və İspaniyada genişmiqyaslı meşə yanğınları baş verib. Ümumdünya Meteorologiya Təşkilatı isə sentyabr ayında 2026-cı ilin müşahidələr tarixində ən isti il ola biləcəyi barədə xəbərdarlıq edib.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)






.jpg)








.jpg)













