Avropa
Merts üçün həyəcan siqnalı: Almaniya kanslerinin siyasi gələcəyi sual altındadır
Almaniya kansleri Fridrix Mertsin siyasi gələcəyi ilə bağlı müzakirələr güclənib.
Publika.az xəbər verir ki, "Politico" Almaniyada siyasi böhranın mümkün inkişaf ssenarilərini açıqlayıb.
Nəşrin yazdığına görə, əsas ssenari Mertsin istefa vermək əvəzinə kansler postunu qorumaq üçün mübarizə aparmasıdır. Bu variantın ehtimalı 60 faiz qiymətləndirilib.
Merts Saksoniya-Anhalt seçkilərindən sonra ciddi təzyiqlə üzləşib. Burada AfD qalib gəlib, hakim XDİ və SDP isə aşağı nəticə göstərib. Buna baxmayaraq, XDİ-dən olan regional hökumət başçıları Mertsi dəstəkləyən bəyanat yayıblar. Bəyanatda isə kanslerin adı qeyd olunmayıb.
Bildirilib ki, digər ssenari Mertsin könüllü istefasıdır. Qarşıdakı əsas maneə isə XDİ-də onun yerinə keçə biləcək vahid namizədin olmamasıdır. Sentyabrın 20-də Meklenburq-Ön Pomeraniya və Berlində keçiriləcək seçkilər Merts üçün növbəti mühüm sınaq olacaq.
Bundestaqda Mertsə qarşı etimadsızlıq səsverməsi isə 20 faiz ehtimalla qiymətləndirilib. Ən az ehtimal olunan variant XDİ/XSS blokunun AfD ilə birlikdə yeni kansler seçməsidir. XDİ rəhbərliyi belə əməkdaşlığı qəbuledilməz hesab edir.
Mertsin reytinqi də kəskin aşağı düşüb. Avqustda keçirilən sorğuya əsasən, almanların 14 faizi onun kansler olaraq qalmasını dəstəkləyib, 78 faizi isə buna qarşı çıxıb.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)






.webp)








.jpg)













