Avropa
Zelenskinin sözləri Almaniyada belə yozuldu: Kapitulyasiya siqnalıdır!
Almaniyanın "Junge Welt" nəşri Ukrayna prezidenti Vladimir Zelenskinin döyüşlərin dayandırılmasını “əsl qələbə” adlandıran açıqlamasını mümkün kapitulyasiya siqnalı kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, nəşrin müəllifi hesab edir ki, münaqişənin gedişində siyasətçinin hər iki tərəfin itkilərindən danışmağa başlaması onun vəziyyətin real miqyasını dərk etdiyini göstərə bilər. Müəllif bu fonda Zelenskinin “əsl qələbə döyüşlərin dayandırılmasıdır” fikrinin gizli təslim təklifi olub-olmadığını sual edib.
Qeyd edək ki, Zelenski bu fikirləri sentyabrın 15-də "CBC News" telekanalına müsahibəsində səsləndirib. O bildirib ki, böyük insan itkiləri səbəbindən Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin qələbəsindən danışmaq artıq mümkün deyil və əsas nəticə döyüşlərin dayandırılması olmalıdır.
"Junge Welt" yazır ki, bu açıqlama Ukrayna liderinin iyulda "Sky News"a qarşıdakı qışın “pis və ya daha pis” olacağını deməsi ilə birlikdə nəzərdən keçirilməlidir.
Nəşr həmçinin xatırladıb ki, Rusiya daha əvvəl münaqişənin dayandırılması üçün öz şərtlərini açıqlayıb. Vladimir Putin 2024-cü ildə çıxışında Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını, eləcə də Kiyevin NATO-ya üzvlük kursundan imtina etməsini şərtlər sırasında göstərmişdi.
Bundan əvvəl Zelenski Ukraynanın ballistik raketləri vurmaq imkanlarının sursat çatışmazlığı səbəbindən məhdud olduğunu bildirmiş, sentyabrda isə büdcə kəsirinin qarşılanması üçün “xoşagəlməz və populyar olmayan” qanun layihələrinin qəbuluna çağırmışdı.
"Junge Welt"in yanaşmasına görə, Zelenskinin son açıqlamaları Kiyevin müharibənin davam etdirilməsi ilə bağlı qarşılaşdığı çətinliklərin fonunda səslənir.
Müəllif: Adəm Abbaslı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)






.webp)








.jpg)













