Avropa
Britaniya Kralı süni intellektlə bağlı xəbərdarlıq etdi
Böyük Britaniya kralı III Çarlz süni intellekt texnologiyalarının yanlış əllərə keçəcəyi təqdirdə ciddi və hətta insanlığın mövcudluğuna təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Publika.az BBC-yə istinadla xəbər verir ki, Kral bu fikirləri Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Damfris Hausda onun təşəbbüsü ilə keçirilən sammit zamanı səsləndirib. Görüşün əsas məqsədi süni intellektdən cəmiyyətin rifahı naminə necə istifadə olunmasının müzakirəsi olub.
Sammitdə Böyük Britaniyanın süni intellekt naziri, Papanın müşaviri, eləcə də “Nvidia”, “OpenAI” və “Anthropic” kimi aparıcı süni intellekt şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Bu texnologiyaları yaradanlar indi getdikcə daha çox xəbərdarlıq edirlər ki, süni intellekt daha qaranlıq imkanlar inkişaf etdirə, hətta insan həyatına son qoymaq qabiliyyətinə malik ola bilər”, - deyə Kral bildirib.
Onun sözlərinə görə, belə texnologiyaların yanlış əllərə keçməsi və potensial olaraq fəlakətli məqsədlər üçün istifadəsi ilə bağlı risklərin kifayət qədər ciddi şəkildə nəzərdən keçirilməsinə təcili ehtiyac var. Kral süni intellekt şirkətlərinin rəhbərlərinə müraciət edərək bildirib ki, qarşıda duran vəzifə yalnız texnologiyanı inkişaf etdirməkdən ibarət deyil.
Sammitdə, həmçinin süni intellektin gələcək tətbiqini istiqam
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir








.jpg)






.webp)








.jpg)













