Avropa
18 yaşlı almanlar məcburi tibbi müayinələrdən keçirilir
Almaniya Silahlı Qüvvələri (bundesver) 18 yaşlı gənc kişilər üçün məcburi tibbi müayinələrə başlayıb, hətta onlar anket sorğusunda xidmət etmək istəmədiklərini qeyd etsələr belə.
Publika.az xəbər verir ki, bu barədə “Berliner Morgenpost” məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyindən bildirilib ki, iyul ayından etibarən sorğu vərəqəsində hərbi xidmətə maraq göstərmədiklərini açıq şəkildə qeyd edən 2008-ci il təvəllüdlü minə yaxın kişi belə bir yoxlamadan keçib. Bu cür müayinələrin sayının tədricən artırılması planlaşdırılır.
Bu yaşda olan bütün kişilər üçün kütləvi məcburi tibbi komissiya 2027-ci ilin iyulundan başlamalıdır - həmin vaxta qədər bundesver 24 ixtisaslaşdırılmış mərkəz açacaq. Bununla belə, tibbi komissiyadan keçmək hərbi xidmətə çağırış demək deyil: hərbi xidmətin yeni formatı hələlik könüllü olaraq qalır.
Bundan əlavə, 2026-cı ilin əvvəlindən bundesver Almaniyanın bütün 18 yaşlı vətəndaşlarına sağlamlıq, təhsil və xidmətə hazırlıq barədə sualların olduğu anketlər göndərir. Qadınlardan bu tələb olunmadığı halda, kişilər onları doldurmağa borcludurlar. Avqustun sonuna olan məlumata görə, cavablar kişilərin təqribən 96 faizindən, qadınların isə yalnız 3,5 faizindən daxil olub.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?








.jpg)













.jpg)













