Avropa
Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
Fransa prezidentliyinə namizəd, sağçı "Debout la France" (Oyan, Fransa) partiyasının lideri Nikolas Düpon-Eynyan ölkəsinin Ukrayna üçün bütün maliyyələşdirməni dayandırmasını və Avropa Birliyindən çıxmasını təklif edib.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı "Objectif 2027" proqramının efirində çıxışı zamanı verib.
"Mən prezident seçkilərində Ukraynada sülh və Avropa Birliyindən çıxmaq siyasətini müdafiə edəcəyəm. Çünki nəticədə bütün bunlardan fransızlar əziyyət çəkirlər", - siyasətçi qeyd edib.
O, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin yürütdüyü siyasəti də tənqid edib. Fransa prezidentliyinə namizəd olan Nikolas milli suverenliyin qorunması zərurətini əsas gətirərək Fransanın Avropa İttifaqı qarşısındakı öhdəliklərinə yenidən baxılması məsələsini müdafiə edib: "Ursula fon der Leyenin bizim üçün nə hazırlayır? Yeni karbon vergisi, Balkan ölkələrinin və Ukraynanın ittifaqa qoşulması, rəqəmsal nəzarət, nüvə silahından çəkindirmənin paylaşılması və tezliklə gənclərimizin artileriya "yemi" kimi Ukraynaya göndərilməsi".
Qeyd edək ki, siyasətçi dünən 18 aprel 2027-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirakla bağlı namizədliyini rəsmən elan edib.
Müəllif: Tural
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
































.jpg)


