Avropa
Bu kəndin Britaniyadan ayrılıb ABŞ-a qoşulmasını istəyirlər
Britaniyadan ayrılmaq üçün səs vermiş Piddinqton kəndinin sakinləri Birləşmiş Ştatlara qoşulmaq xahişi ilə rəsmən ABŞ Prezidenti Donald Trampın özünə müraciət etmək istəyiblər.
Publika.az xəbər verir ki, bu barədə Piddinqton kilsə şurasının sədri Tim Maknelli “Newsweek”ə məlumat verib.
Onun sözlərinə görə, kəndin kənarında 1250 qaçqının yerləşdirilməsi ilə bağlı Britaniya planı həyata keçiriləcəyi təqdirdə ABŞ tərkibinə daxil olmaq xahiş olunacaq.
Şuranın üzvlərindən biri Maykl Nikson bildirib ki, kənd sakinləri ABŞ vətəndaşlarından böyük dəstək alıblar. Bununla belə, o, Piddinqton nümayəndələrinin Amerika hökuməti ilə danışıqlar aparmadığını vurğulayıb.
Qaçqın düşərgəsini Piddinqtonun kənarındakı keçmiş hərbi bazanın ərazisində salmaq istəyirlər. Belə obyektlər artıq Sasseks və Esseks qraflıqlarında fəaliyyət göstərir.
Daha əvvəl məlum olmuşdu ki, Piddinqton sakinləri Böyük Britaniyanın tərkibindən çıxmaqla bağlı simvolik referendum keçiriblər. Kəndin 350 sakinindən 285-i Londondan müstəqil olmağa səs verib.
Hüseyn İbadlı
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
























.jpg)






.jpg)

