Avropa
Zelenski Trampla razılığa gəldi - “Bu görüş çox şeyi dəyişə bilər”
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla “vacib” telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
Respublika lideri bildirib ki, onlar Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
“Bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika mövcuddur”, – deyə ukraynalı siyasətçi qeyd edib.
O əlavə edib ki, ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoffa və Cared Kuşnerə Kiyevə səfər etdiklərinə görө təşəkkür edib. Orada sülh nizamlanmasının “əhəmiyyətli detalları” müzakirə olunub, Tramp administrasiyasının nümayəndələri isə Ukraynadakı vəziyyəti görmək imkanına malik olublar.
“Deeskalasiya addımları və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi, insanların həyatının qorunması ilə bağlı ideyalar var”, – deyə Zelenski bildirib.
O, sülh yolunu Kiyev üçün “bir nömrəli prioritet” adlandırıb və bu istiqamətdə ciddi addımlar atmağa hazır olduğunu bildirib. Bundan əlavə, Ukrayna prezidenti anti-rusiya sanksiyaları haqqında qanuna görə Trampa təşəkkür edib.
Sentyabrın 18-də Prezident Tramp Rusiya Federasiyasına qarşı “cəhənnəm” sanksiyaları haqqında qanun imzalayıb. Senator Lindsi Qremin şərəfinə adlandırılmış sənəd banklar, məmurlar və kölgə donanması üçün məhdudiyyətlər, həmçinin Rusiya neft və qazının ən iri alıcıları üçün rüsumlar nəzərdə tutur. Əsas tədbirlər qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində tətbiq edilməlidir, lakin Amerika lideri istisnalar etmək hüququnu özündə saxlayır.
Hüseyn İbadlı
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO














.jpg)


















