Avropa
"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov "Axios" portalına bildirib ki, Kiyev və Moskva Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi irəliləyiş əldə ediblər.
Publika.az xəbər verir ki, nəşrin müxbiri Barak Ravid bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Umerovla söhbət edib.
Umerov görüşün sentyabrın 22-də, çərşənbə axşamı günü baş tutmasının ehtimal edildiyini bildirib. İki ölkənin liderləri son telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər. "Axios"un söhbətin məzmunundan xəbərdar olan mənbəsinin sözlərinə görə, Tramp Zelenskidən Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları dayandırmasını "dəfələrlə xahiş edib".
Mənbə bildirib ki, telefon danışığı zamanı "dizel" sözü dəfələrlə səslənib.
Umerov isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxşı iş gördüyünü qeyd edib. Onun sözlərinə görə, tərəflər vaxt itirmir və diqqətlərini həll yollarının axtarışına yönəldiblər.
"Danışıqlarda ciddi irəliləyiş əldə olunub. Xüsusilə fikir ayrılıqlarının sayı onlarla məsələdən danışıqların əsas mövzusu olaraq qalan bir-iki məsələyə qədər azalıb", – deyə Umerov bildirib.
"Axios"un yazdığına görə, görüş Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalamasından və vəzifəyə gəldikdən sonra ABŞ ilə Ukrayna arasında ən böyük silah tədarükü sazişini təsdiqləməsindən bir neçə gün sonra keçiriləcək. Nəşrin məlumatına görə, Ukrayna bu iki addımı bir neçə ay ərzində ABŞ-dan tələb edib.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?







.jpg)















.jpg)













