Avropa
Almaniya və Fransa Aİ-nin müdafiəsinə qarşı: Avropa Parlamentindən ETİRAF
Almaniya və Fransa Avropa İttifaqında (Aİ) müdafiə sahəsində ümumavropa qərarlarının qəbulunu ləngidir.
Publika.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Tsimmerman “Euractiv”ə müsahibəsində bildirib.
“Əgər açıq danışsaq, Almaniya burada aparıcı rol oynayır. Fransızlar da əyləci basmağa çalışırlar, amma bu məsələdə almanlar əsl nümunədir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Almaniya, Fransa, İtaliya, Polşa və İspaniya da daxil olmaqla, Aİ-nin bütün böyük ölkələri öz maraqlarına toxunduğu halda müdafiə sahəsində qərarların qəbulunu ləngidə və ya bloklaya bilərlər.
Ştrak-Tsimmerman vurğulayıb ki, Aİ ölkələrinin milli hökumətləri bu məsələdə “nəhayət hərəkətə keçə” bilməsələr, ittifaqın müdafiə təşəbbüslərinin uğuru məhdud qalacaq.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)















.jpg)















