Avropa
Mertsə istefa çağırışları rədd edildi: Alternativ görmürük
Almaniyanın hakim Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqında (CSU) kansler Fridrix Mertsin istefası ilə bağlı kadr müzakirələrinin aparılması barədə iddialar rədd edilib.
Publika.az xəbər verir ki, CDU-nun Bundestaqdakı fraksiya sədrinin müavini Günter Krinqs bildirib ki, hazırkı vəziyyətdə hökumət başçısına alternativlərdən danışmaq məsuliyyətsizlik olardı.
“Kiminsə rəhbərliyi altında işlərin niyə daha yaxşı gedəcəyini izah edə biləcəyi halda alternativləri ciddi şəkildə müzakirə etmək olar. Hələlik mən bunu görmürəm”, - deyə Krinqs vurğulayıb.
Onun sözlərinə görə, yeni rəhbərliklə vəziyyətin daha yaxşı olacağına dair əsaslandırma olmadan Mertsin mümkün istefasını müzakirə etmək düzgün deyil.
Qeyd edək ki, CDU tarixində ilk dəfə regional parlamentə daxil ola bilməyib. Partiya Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkidə cəmi 4,9 faiz səs toplayıb. Fridrix Merts nəticəni “fəlakət” adlandırıb, lakin həm kansler, həm də CDU sədri vəzifələrindən istefa vermək niyyətində olmadığını açıqlayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)
















.jpg)














