Avropa
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Moldova parlamenti elektrik enerjisi, yanacaq və su təchizatında fasilələr yaranması təhlükəsi, eləcə də qazın bahalaşması səbəbindən energetika və hidrologiya sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Publika.az xəbər verir ki, iclasın yayımının görüntüsü qanunverici orqanın “YouTube” kanalında yayımlanıb.
Qərarın lehinə hakim “Həmrəylik və Hərəkət” Partiyasından olan 56 deputat səs verib. Rejimin fəaliyyəti sentyabrın 26-dan başlayacaq və 60 gün davam edəcək.
Müxalifət partiyalarının nümayəndələri hakimiyyəti böhran və korrupsiyanın öhdəsindən gələ bilməməkdə ittiham edərək qərarın əleyhinə səs veriblər.
Sentyabrın 21-də Moldovanın Prezidenti Mayya Sandu istilik mövsümünün astanasında energetika böhranının aradan qaldırılması tədbirlərini müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. Şura təbii qazın dəyərinin kəskin artması və onun əhali üçün tariflərə təsiri fonunda toplaşacaq. Avqustun sonunda hökumət müvafiq agentliyin qaz tarifini 41 faiz artırmaq qərarı fonunda energetika sahəsində yüksək hazırlıq rejimini 30 gün müddətinə uzatmışdı.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)















.jpg)















