Avropa
Mertsə çağırış: Daha heç nə alınmır, yeri boşalt
Almaniya kansleri Fridrix Mertsə istefa çağırışı edilib. Xristian Demokrat İttifaqının (XDİ) keçmiş baş katibi Mario Çaya kansleri vəzifəsini tərk etməyə çağırıb. Bu çağırış partiyanın regional seçkilərdə uğursuz nəticələrindən sonra səsləndirilib.
Publika.az xəbər verir ki, Merts baş verənləri “fəlakət” adlandırıb. Bununla belə, o, partiya sədrliyini qorumaq və kansler vəzifəsində fəaliyyətini davam etdirmək istədiyini bildirib.
XDİ-nin keçmiş baş katibi isə Mertsin vəzifəsindən getməsinin vaxtının çatdığını deyib:
“Düşünürəm ki, artıq yer boşaltmağın vaxtıdır. Mertslə daha heç nə alınmır. Ona əlavə vaxt verməyin heç bir mənası yoxdur”.
Qeyd edək ki, Almaniya vətəndaşlarının əksəriyyətinin də Fridrix Mertsin kansler vəzifəsindən getməsini istədiyi bildirilir. Sorğuya əsasən, respondentlərin 55 faizi Mertsin istefasını dəstəkləyib, 40 faizi isə onun kansler vəzifəsində qalmasını istəyib.
Müəllif: Adəm Abbaslı
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















