Avropa
Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
Almaniya Hərbi Hava Qüvvələrinin dörd “Eurofighter” qırıcısı ölkənin hava məkanının mühafizəsini müvəqqəti gücləndirmək üçün Latviyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə respublikanın Milli Silahlı Qüvvələri məlumat yayıb.
Qırıcılar Lielvarde hərbi bazasında yerləşdirilib. Onlar NATO-nun hava və raketdən müdafiə tədbirləri çərçivəsində tapşırıqları yerinə yetirəcəklər.
Təyyarələrin yerləşdirilməsi, həmçinin NATO-nun müttəfiq qüvvələrin operativ şəkildə köçürülməsi və qəbul edilməsi imkanlarını, eləcə də Lielvarde bazasının alyans ölkələrinin aviasiyasının qəbulunu və dəstəklənməsini təmin etmək hazırlığını yoxlamağa imkan verəcək.
“Eurofighter” qırıcıları Latviyada qısamüddətli qalacaqlar. Latviya hərbçiləri daha əvvəl Almaniyanın parlament seçkiləri dövründə respublikanın hava məkanının mühafizəsini gücləndirəcəyini bildirmişdilər. Müvafiq tapşırıqların yerinə yetirilməsinə İtaliya və Türkiyənin hərbi hava qüvvələri də cəlb olunacaq.
Latviyada parlament seçkiləri oktyabrın 3-də keçiriləcək - 15-ci seymin 100 deputatı seçiləcək. Səsvermə beş seçki dairəsində – Riqa, Vidzeme, Latqale, Zemqale və Kurzemedə baş tutacaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)















.jpg)















