Avropa
Əhaliyə xəbərdarlıq edildi: Bu ərzaq və əşyalar evinizdə olsun - Müharibəyə hazırlaşın!
Böyük Britaniya hökuməti bu payız əhaliyə müharibə, genişmiqyaslı elektrik kəsintisi və digər fövqəladə hallar zamanı evdə saxlanmalı zəruri əşyaların siyahısını təqdim edəcək.
Publika.az xəbər verir ki, hakimiyyət ölkənin hazırda müharibə təhlükəsi ilə üz-üzə olmadığını vurğulasa da, britaniyalılara kiberhücumlar, elektrik və rabitə xətlərində fasilələr, təbii fəlakətlər və digər irimiqyaslı fövqəladə vəziyyətlərə hazır olmaq tövsiyə olunur.
Vətəndaşlara evdə fənər, portativ enerji bankı (powerbank), batareya ilə işləyən və ya əl ilə enerji yığılan radio, ehtiyat batareyalar, ilkin tibbi yardım çantası, antiseptik və nəm salfetlər, içməli su, uzun müddət saxlanılan ərzaq və uşaqlar üçün zəruri ləvazimatlar saxlamaq məsləhət görülür.
Xüsusilə hər bir şəxs üçün gündə ən azı 2,5 - 3 litr içməli su ehtiyatı yaradılması tövsiyə edilir. Təxminən 10 litr su isə yemək hazırlamaq və əsas gigiyena ehtiyaclarını qarşılamaq üçün də istifadə oluna bilər.
Hökumət vətəndaşlara bütün ehtiyatları birdən almaq əvəzinə, təcili yardım dəstini tədricən formalaşdırmağı tövsiyə edir.
Bundan başqa, genişmiqyaslı fəlakət və ya müharibə zamanı hakimiyyətin təxliyə olunanların yerləşdirilməsi üçün otelləri, konfrans mərkəzlərini və digər iri obyektləri müvəqqəti olaraq istifadəyə götürə biləcəyi bildirilir.
Britaniya hökuməti həmçinin ölkənin sülh dövründən hərbi hazırlıq rejiminə keçidi üçün nəzərdə tutulan yeni “müharibə kitabı”nı hazırlayır. Növbəti il isə "soyuq müharibə"nin başa çatmasından sonra fövqəladə hallara hazırlıq üzrə ən böyük təlimlərin keçirilməsi planlaşdırılır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)















.jpg)















