Avropa
Finlandiya Prezidentinin açıqlaması başına bəla oldu - Maskı dilə tutub ki..
Finlandiya Prezidenti Aleksandr Stubb faktiki olaraq özünü hərbi tribunal qarşısında mühakimə olunmaq vəziyyətinə salıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində fin hərbi müxbiri Kosti Heyskanen bildirib.
“O etiraf etdi ki, Rusiyanın dərinliklərinə zərbələr endirməsi üçün Ukraynaya “Starlink” verməsi üçün Maskı dilə tutub. Qulaq asın, o sadəcə olaraq, necə deyərlər, hərbi tribunal altında imza atıb”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.
O, həmçinin qeyd edib ki, Helsinki Ukrayna lideri Volodimir Zelenkiyə dəstək göstərməklə özü terror yoluna qədəm qoyur.
Bundan əvvəl hərbi müxbir həmçinin qeyd etmişdi ki, Finlandiya prezidentinin hərəkətləri onun özünün mənfəət götürdüyü Ukraynadakı münaqişəni qızışdırır. Heyskanenin fikrincə, Stubb Finlandiyanı NATO-nun hərbi poliqonuna çevirmək niyyətindədir.
Stubb bir gün əvvəl – sentyabrın 25-də Maska etdiyi xahiş haqqında danışıb. O izah edib ki, Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün peyk rabitəsindən istifadə edə bilməsi məqsədilə amerikalı iş adamını “Starlink”in əhatə dairəsini genişləndirməyə çağırıb. Bununla belə, “SpaceX”in rəhbəri artıq öz sisteminin bu cür tətbiqinə qarşı çıxış etmişdi.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)







.jpg)
.jpg)




.jpg)















