Avropa
Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
Macarıstanın baş naziri Peter Madyara Solnok sakinləri qarşısında çıxışı zamanı yumurta atıblar.
Publika.az xəbər verir ki, insident tədbirin ilk dəqiqələrində baş verib və siyasətçinin “YouTube” kanalında yayımlanan canlı efirə düşüb.
Əvvəlcə Magyar kiminsə ona içki atdığını güman edib və yaxınlıqdakı uşaqlara və yaşlılara su və ya pivə atmamasını xahiş edib. Daha sonra məlum olub ki, Baş nazirə yumurta atıblar, lakin ona dəyməyib.
Kontroll.hu saytının məlumatına görə, yumurta atan şəxs mülki polis tərəfindən saxlanılıb. O, həbs olunarkən müqavimət göstərib. Jurnalistlər onun hərəkətləri barədə soruşduqda, o, "başından vurmadığına görə peşman olduğunu" etiraf edib.
Sentyabrın 20-də Madyar bildirmişdi ki, Seksard şəhərində üzüm yığımı festivalına səfəri zamanı naməlum kişi onun üstünə şərab çiləyib. İçki hökumət başçısının üzünə və paltarına düşüb. Madyar bəyan etmişdi ki, baş verənlər ona və onun siyasətinə qarşı qərəzli münasibətlə bağlıdır. O, həmçinin kişinin keçmiş baş nazir Viktor Orbanın tərəfdarı olduğunu ehtimal edərək onu “Orbanın məğlub döyüşçüsü” adlandırıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)






.jpg)
.jpg)




.jpg)















