Avropa
Mertsin partiyasının reytinqi kəskin aşağı düşdü
Almaniya Federativ Respublikasının kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqından (XDİ/XSİ) ibarət blokun reytinqi 19%-ə düşüb.
Publika.az xəbər verir ki, bu barədə İnsa İnstitutunun “Bild” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində qeyd edilib.
Sosioloji sorğunun nəticələrinə görə, qalib "Almaniya üçün Alternativ" (AfD) sağçı partiyası olub. Partiyaya dəstək 29% təşkil edib. Üçüncü yerdə 15%-lə “Yaşıllar” partiyası qərarlaşıb, onun ardınca 14%-lə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) gəlir. “Sol” partiyası respondentlərin 10%-nin dəstəyini qazanıb.
1203 nəfərin iştirak etdiyi sorğu sentyabrın 21-dən 25-dək keçirilib. Statistik xəta 2,9% təşkil edir.
Sentyabrın 21-də XDİ-nin Almaniya parlamentindəki fraksiyasının sədr müavini Günter Krinqs partiyanın federal əyalətlərdə keçirilən seçkilərdə uğursuzluğundan sonra Mertsin kansler vəzifəsindən mümkün istefasına yol açıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)






.jpg)
.jpg)




.jpg)















