Avropa
Aİ-dən Ukrayna ilə bağlı mühüm qərar: Üzvlük üçün tarix müəyyənləşdirilir
Avropa İttifaqı (Aİ) birliyə üzvlüyə ən yaxın namizəd hesab olunan dörd ölkə üçün üzvlük prosesinin mərhələlərini və mümkün tarixlərini müəyyənləşdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" Avropa Komissiyasında layihə üzərində çalışan iki yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
Bildirilib ki, Aİ ən perspektivli namizədlər üçün xüsusi fəaliyyət planları hazırlayır. Brüssel ilk dəfə olaraq Monteneqro, Ukrayna, Moldova və Albaniyanın üzvlük danışıqlarında əsas mərhələləri başa çatdırması üçün hədəf tarixlərin müəyyənləşdirilməsi imkanını nəzərdən keçirir.
Hazırlanan “yol xəritələri” hər bir namizəd ölkədən hansı islahatların və addımların gözlənildiyini daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, bu sənədlər Aİ üzvü olan ölkələrin də üzərinə öhdəliklər qoyacaq. Çünki üzvlük prosesinin növbəti mərhələyə keçməsi üçün onların razılığı tələb olunur.
Qeyd olunur ki, belə bir mexanizm qəbul olunarsa, Aİ ilk dəfə namizəd ölkələrə islahatları davam etdirdikləri təqdirdə üzvlüyə qəbul olunacaqları ilə bağlı daha aydın təminat verə və danışıqların başa çatması üçün təxmini müddətlər müəyyənləşdirə bilər.
Müəllif: Adəm Abbaslı
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi

































