Avropa
Avropa əvvəlki Avropa deyil, dərin böhran yaşanır - Olland
Fransanın sabiq prezidenti Fransua Olland Avropanın ciddi böhranla üz-üzə qaldığını bildirib.
Publika.az xəbər verir ki, Olland bu barədə “El Pais” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, indiki Avropa əvvəlki Avropadan fərqlənir. Qitə əvvəl maliyyə böhranı, daha sonra isə səhiyyə böhranı ilə mübarizə aparmalı olub.
Olland hesab edir ki, Fransada keçiriləcək seçkilər yalnız ölkənin özü üçün deyil, bütün Avropa quruluşu və dünyadakı qüvvələr balansı baxımından həlledici əhəmiyyət daşıyacaq.
“Biz daha çox təhdidin olduğu, daha təhlükəli və daha sərt dünya ilə qarşılaşırıq”, - deyə sabiq prezident vurğulayıb.
Qeyd edək ki, Fransua Olland 2012-2017-ci illərdə ölkə prezidenti olub. Onun açıqlaması Fransada 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq fonunda səslənib.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)







.jpg)
.jpg)




.jpg)















