Avropa
Bu ölkə Ukraynaya "F-16" qırıcıları göndərir
Belçika bu ilin sonuna qədər Ukraynaya üç "F-16" qırıcı təyyarəsi göndərməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.
"Bu ilin sonuna qədər bizə üç "F-16" qırıcı təyyarəsinin təhvil verilməsi ilə bağlı Belçika ilə mühüm bir razılığa gəldik. Bu təyyarələrin qəbulu üçün sürətləndirilmiş proseduru tətbiq edəcəyik", - deyə açıqlamada bildirilir.
Zelenskinin sözlərinə görə, Ukrayna artıq Belçika, İspaniya və digər ölkələrdən "F-16" qırıcıları üçün sursat alıb.
İyun ayında Belçikanın müdafiə naziri Teo Franken Belçikanın bu il Ukraynaya yeddi "F-16" qırıcı təyyarəsi verəcəyini açıqlayıb. Nazirin sözlərinə görə, təyyarələrdən üçü işlək vəziyyətdə olacaq, digər dördü isə ehtiyat hissələri üçün istifadə edilə bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)






.jpg)
.jpg)




.jpg)















