Avropa
Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
Avropa Komissiyası Aİ büdcəsindən vəsaitlərin bölüşdürülməsi qaydalarını dəyişdirməyə hazırlaşır. Yeni mexanizmə əsasən, hansı ölkəyə və nə qədər vəsait ayrılacağı ilə bağlı son qərarın Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə verilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, "Politico" nəşri bu barədə məlumatı mənbələrinə istinadən yayıb.
Məsələ oktyabrın 1-də dövlət ekspertlərinin müzakirəsinə çıxarılacaq. Söhbət ümumi həcmi təxminən 2 trilyon avro olan Aİ büdcəsinin regional və ərazi istiqamətlərindən gedir.
Yeni mexanizmi təqdim edəcək Deklan Kostello hazırda Avropa Komissiyasının Baş Katibliyində fəaliyyət göstərən İslahatlar və İnvestisiyalar Qrupuna rəhbərlik edir. Bu struktur pandemiyadan sonra yaradılan və maliyyələşməni islahatların həyata keçirilməsi ilə əlaqələndirən fondun hazırlanmasında da iştirak edib.
Aİ ölkələrinin hökumətləri isə yeni yanaşmadan narahatdır. Onlar hesab edirlər ki, bu mexanizm Avropa Komissiyasının ümumi büdcə vəsaitlərinin xərclənməsi üzərində nəzarətini həddindən artıq gücləndirə bilər.
Planlaşdırılan qaydalara əsasən, regionların və kənd təsərrüfatının inkişafına ayrılan vəsaitlər Brüsselin tələb etdiyi iqtisadi islahatların həyata keçirilməsindən sonra təqdim oluna bilər. Bu yanaşma pandemiyadan sonrakı bərpa fondunun fəaliyyət prinsipinə bənzəyir.
Məlumata görə, Polşadan Lüksemburqa qədər 10 ölkə artıq bu yanaşmaya etiraz edib. Hökumətlər xüsusilə pensiya və məhkəmə sistemi kimi sahələrdə siyasi nəticələrə səbəb ola biləcək islahatların maliyyələşmə şərtinə çevrilməsindən ehtiyat edirlər.
Müəllif: Adəm
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...






.jpg)














.jpg)















