Avropa
Britaniyanın Aİ-yə qayıdışı Londona neçəyə başa gələcək?
Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) qayıtması ölkəyə hər il əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) maliyyə yükü yarada bilər.
Publika.az xəbər verir ki, “Bloomberg”in hesablamalarına görə, bu vəsait Londonun Aİ büdcəsinə ödəməli olacağı əlavə məbləğlə bağlıdır. Hesablamalar keçmiş baş nazir Kir Starmerin komandasında çalışmış leyborist məmurların məlumatlarına əsaslanır.
Əsas problemlərdən biri Britaniyanın Marqaret Tetçerin dövründə əldə etdiyi büdcə güzəştini itirməsi ola bilər. Bu güzəşt ölkənin Aİ büdcəsinə xalis ödənişini 66 faiz azaltmağa imkan verirdi.
Mənbələr bildirirlər ki, Brüssel bəzi tələbləri yumşalda bilər. Londonun Şengen zonasına qoşulması və avroya keçməsi tələb olunmaya bilər.
Bununla yanaşı, Aİ-yə qayıdış prosesi Britaniyanın “Brexit”dən sonra bağladığı ticarət sazişlərinə yenidən baxmasını tələb edə bilər.
Müəllif: Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















