Avropa
Mertsin mümkün istefası: Aİ-də artıq plan hazırlayırlar
Aİ ölkələri Almaniya kansleri Fridrix Mertsin daxili siyasi çətinlikləri fonunda istefasının mümkün nəticələrini müzakirə etməyə başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, müzakirələrə hakim partiyanın yerli seçkilərdəki bir sıra məğlubiyyətləri, ifrat sağçıların tarixi uğurları və Mertsin koalisiyası daxilində sosial siyasətlə bağlı fikir ayrılıqları səbəb olub. İki Avropa ölkəsinin hökumətləri artıq kanslerin mümkün istefasının Aİ siyasətinə təsirini qiymətləndirmək üçün daxili görüşlər keçiriblər.
Nəşr, həmçinin vurğulayır ki, Mertsin siyasi zəifliyi növbəti yeddi illik Aİ büdcəsi ilə bağlı danışıqları çətinləşdirə bilər. Lakin, adı açıqlanmayan diplomatların fikrincə, kanslerin daxili mövqeyinin zəifləməsi onun Aİ büdcəsinə yanaşmasının yumşaldılmasına səbəb olmayacaq. Əksinə, kansler mövqeyini sərtləşdirə və bununla da Almaniya daxilində uğur nümayiş etdirməyə çalışa bilər. Əgər istefa verərsə, onun varisi bu kursu davam etdirəcək, çünki Almaniya Aİ büdcəsinə töhfələrini əhəmiyyətli dərəcədə artırmaq istəmir.
Almaniya, liderlərin ilin sonuna qədər razılığa gəlməyə ümid etdiyi Aİ büdcəsində xərclərin azaldılmasını müdafiə edir. Almaniya, İsveç, Finlandiya, Danimarka, Avstriya və Niderland ilə birlikdə ümumi xərclərin azaldılmasını tələb edir, Polşa və Rumıniya da daxil olmaqla xalis alıcı ölkələr isə öz paylarını qoruyub saxlamağı müdafiə edirlər.
Aİ büdcəsi yeddi il müddətinə təsdiqlənib. Avropa Komissiyasının təklifinə əsasən, inflyasiya nəzərə alınmaqla 1,76 trilyon avro məbləğində olan 2028-2034-cü illər üçün büdcə planı üzrə danışıqlar aparılır. Aİ büdcəsinə əhəmiyyətli töhfə verən Almaniya da daxil olmaqla bir neçə ölkə bunu həddindən artıq hesab edir.
Müəllif: Tural
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov





















.jpg)

.jpg)














.jpg)