Avropa
Fiko təcili olaraq Belqrada səfərini ləğv etdi - Nə baş verir?
Slovakiyanın Baş naziri Robert Fiko səhhətinin qəfil pisləşməsi səbəbindən Belqrada səfər edə və Serbiya rəhbərliyini dəstəkləyən seçkiqabağı mitinqdə iştirak edə bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Slovakiyanın TASR xəbər agentliyi məlumat yayıb.
Agentliyin açıqlamasında deyilir: "Slovakiyanın Baş naziri Robert Fiko şənbə günü xəstəlik səbəbindən Serbiyaya səfər etməyəcək".
Bu səhər tezdən Slovakiyanın Baş naziri 1944-cü il Karpat-Dukla hücumunun ildönümü ilə bağlı anım tədbirlərində iştirakını ləğv etmək məcburiyyətində qaldı. Səbəb kəskin virus xəstəliyi idi.
Əvvəlcə siyasətçi qısa istirahətin ona sağalmağa və axşam planlaşdırdığı səfərə çıxmağa imkan verəcəyinə ümid edib, lakin xəstəlik daha ağırlaşdı və səfər ləğv edilməli olub.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)