Avropa
Polşa qırıcıları şərq sərhədinə göndərdi - Rusiyadan təhlükə gözlənilir?
Cənubi Koreya Polşaya “FA-50GF” yüngül döyüş təyyarələri tədarük edib.
Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış yazıb.
Polşa hərbi idarəsinin rəhbərinin sözlərinə görə, qırıcılar artıq döyüş növbətçiliyinə başlayıblar.
“Bu, şərq sərhədimizin növbəti dəfə gücləndirilməsi deməkdir”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, əvvəlcə “FA-50GF” silahsız alınıb, lakin silahı sonradan əldə etmək mümkün olub. Bu, qırıcıları Polşanın müdafiəsinə cəlb etməyə imkan verib.
Bundan əvvəl respublikanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirmişdi ki, hərbçilərə Rusiya tərəfindən ölkə ərazisinə uça biləcək hava hədəflərini vizual təsdiq olmadan vurmaq hüququ veriləcək. O izah edib ki, hazırda belə obyektin məhv edilməsi barədə qərar yalnız eyniləşdirmədən sonra qəbul olunur.
Bu vəziyyətdə pilot hədəfə yaxınlaşmalı və onun nə olduğuna əmin olmalıdır. Lakin dəyişikliklər tətbiq edildikdən sonra atəş açmaq barədə qərar qəbul etmək üçün pilot və ya onun komandirinə radar məlumatı kifayət edəcək.
Hüseyn İbadlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








