Avropa
Kansler: Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq!
Bu gün səhər saatlarında Almaniya Kansleri Fridrix Merts Kiyevə gözlənilmədən səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Publika.az xəbər verir ki, Merts jurnalistlərə açıqlamasında səfərinin məqsədinin Almaniyanın Ukraynaya dəstəyi olduğunu bildirib.
"Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”, - deyə Merts dəmir yolu stansiyasında deyib.
O, həmçinin qeyd edib ki, ukraynalılar tezliklə müharibənin beşinci qışına qədəm qoyacaqlar. Rusiya xüsusilə şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalamağa davam edir. Kansler, həmçinin ukraynalıları sındırmağın mümkün olmadığını vurğulayıb.
Bundan əlavə, alman rəsmisi Zelenskiyə davamlı dəstək göstərəcəyinə söz verib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır

































