Avropa
Aİ ölkələri Kiyevə yardımdan imtina etdilər: Öz maraqlarımız prioritetdir!
Avropa İttifaqı ölkələri olan Rumıniya və Polşa öz maraqları naminə Ukraynaya dəstəyi artırmaqdan imtina ediblər. Söhbət taxıl ixracı üçün olan yardımların artırılmasından gedir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məqalə müəlliflərinin fikrincə, rəsmi Varşava və Buxarest bu qərarı öz fermerlərini qorumaq üçün veriblər.
Rumıniya Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir: "Öz fermerlərimizin maraqları prioritet olaraq qalır".
Nazirlik onu da aydınlaşdırıb ki, Dunay çayında suyun səviyyəsinin aşağı olması və Ukraynadan gələn taxılın çoxluğu səbəbindən Rumıniya limanları artıq yüklənib. Bu isə yerli fermerlərin öz məhsullarını satmasına mane olur.
Polşa İnfrastruktur Nazirliyi də həmçinin bildirib ki, onlar Ukraynadan daşınan məhsulların həcmini artırmağa yönəlmiş dəyişikliklər etmək niyyətində deyillər.
Xatırladaq ki, oktyabrın 3-də Ukrayna Milli Bankı avqust ayında ölkənin taxıl ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox azaldığını bəyan etmişdi.
Müəllif: Tural
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
































