Avropa
Yunanıstandan Almaniyaya tarixi iddia - 341 milyard avro...
Yunanıstan Almaniyanın İkinci Dünya müharibəsi illərində vurduğu zərərə görə kompensasiya ödəməsində təkrarən təkid edir.
Publika.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Bildirilib ki, ölkə prezidenti Konstantinos Tassulas Lingiades kəndində keçirilən anım mərasimində bu barədə bəyanat verib.
Tədbir yerli sakinlərin alman işğalçı qoşunları tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünə həsr olunub. Bildirilib ki, 1943-cü ildə orada 88 nəfər, o cümlədən 40-dan çox uşaq və yeniyetmə həlak olub. Tassulas vurğulayıb ki, Afina öz tələblərini əsaslı hesab edir və onların qüvvədən düşmədiyini düşünür.
Yunanıstan tərəfi iddiaların məbləğini 278–341 milyard avro həcmində qiymətləndirir. Hesablamalara hərbi zərərə görə kompensasiya və işğal zamanı Almaniyaya verilmiş məcburi borcun qaytarılması daxildir. Berlin tələbləri rədd edir və məsələnin hüquqi nöqteyi-nəzərdən nizamlandığını bəyan edir.
Daha əvvəl Polşanın keçmiş baş naziri Mateuş Moravetski də Almaniyadan müharibə zamanı vurulmuş zərərə görə təzminat tələb etməyə çağırmışdı.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR


















.jpg)

.jpg)














.jpg)