Avropa
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü
Böyük Britaniyanın ikinci ən varlı şəxsi hesab edilən milyarder Devid Ruben ölkəni tərk edərək Monakoya köçüb.
Publika.az “The Independent”ə istinadla xəbər verir ki, 88 yaşlı daşınmaz əmlak maqnatı və “Nyukasl Yunayted” futbol klubunun səhmdarı olan Devid Rubenin kiçik qardaşı Saymon Rubenlə birlikdə sərvətinin təxminən 28 milyard funt sterlinq olduğu bildirilir. Ruben qardaşları bu il “The Sunday Times” qəzetinin hazırladığı ən varlı şəxslərin siyahısında ikinci yerdə qərarlaşıblar. Onlar Londondakı tarixi binaların yenidən qurulması ilə də tanınırlar.
Milyarderin sözçüsü onun Monakoya köçdüyünü təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. Devid Rubenin gedişi Leyboristlər hakimiyyətə gəldikdən sonra Böyük Britaniyanı tərk edən bir sıra varlı iş adamlarının köçünün davamı kimi qiymətləndirilir.
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı



















.jpg)

.jpg)














.jpg)