Avropa
ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" aviabazasından çıxardı
ABŞ Britaniyanın "Ferford" aviabazasında insident baş verdikdən sonra bütün “B-1” radarqabaqlayan bombardmançı təyyarələrini həmin bazadan çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadla “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Qeyd edilib ki, söhbət təqribən on təyyarədən gedir.
Nəşrin məlumatına görə, ABŞ tərəfi bu qərarı həmin bazaya qarşı terror aktlarının hazırlanması şübhələri fonunda təhlükəsizlik mülahizələrindən irəli gələrək qəbul edib.
Qəzetin Pentaqona istinadla yazdığına görə, bütün bombardmançı təyyarələr Birləşmiş Ştatlardakı daimi bazalarına köçürülüb. Bildirilir ki, bununla yanaşı, təyyarələr döyüş hazırlığını qoruyub saxlayır.
Sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən strateji bombardmançı təyyarələrin yerləşdirilməsi üçün istifadə olunan "Ferford" aviabazası rayonunda fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunublar. Hərbi mütəxəssislər baza yaxınlığındakı avtomobilləri müayinə ediblər. Həmin vaxt Londonun beş sakini partlayıcı maddələr haqqında qanunu pozма şübhəsi ilə saxlanılıb. Ertəsi gün onlar girov müqabilində sərbəst buraxılıblar.
ABŞ Hərbi Hava Qüvvələri "Ferford" bazasından İrana zərbələr endirmək üçün istifadə edib, Tehranda isə bazanı cavab zərbəsi üçün qanuni hədəf adlandırıblar.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı



















.jpg)

.jpg)














.jpg)