Avropa
Avropa İttifaqına sığınanların sayı azaldı
Avropa İttifaqında (Aİ) sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Publika.az xəbər verir ki, “Welt am Sonntag” qəzetinin Aİ-nin Sığınacaq Agentliyinin (EUAA) məlumatlarına istinadla yaydığı xəbərə görə, bu ilin ilk doqquz ayında Aİ, Norveç və İsveçrədə (EU+) ümumilikdə 452 min 969 sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azdır. Həmin dövrdə 598 min 575 müraciət qeydə alınmışdı.
Almaniya 70 min 257 müraciətlə üçüncü yerdə qərarlaşıb. Fransada 98 min 822, İtaliyada isə 78 min 496 müraciət qeydə alınıb. Ən aisə Maltada (294), Slovakiyada (131) və Macarıstanda (83) qeydə alınıb.
Təkcə sentyabrda Almaniyada 5276 ilkin sığınacaq müraciəti qəbul edilib. Bu göstərici ötən ilin sentyabrı ilə müqayisədə 40 faiz, 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 70 faiz azdır.
Müraciət edənlərin 23 faizi Əfqanıstandan, 12 faizi Suriyadan, 10 faizi isə Türkiyədən olub. EU+ üzrə ən çox müraciət Əfqanıstan (52 min 361), Venesuela (37 min 294) və Banqladeş (26 min 497) vətəndaşlarından daxil olub. Həmçinin 6 min 420 Rusiya vətəndaşı və 12 min 182 Ukrayna vətəndaşı sığınacaq üçün müraciət edib.
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı



















.jpg)

.jpg)














.jpg)