Rusiyaya qarşı görünməmiş plan - Oktyabrın 12-də reallaşa bilər
Bizi izləyin

Avropa

Rusiyaya qarşı görünməmiş plan - Oktyabrın 12-də reallaşa bilər

Rusiyaya qarşı görünməmiş plan - Oktyabrın 12-də reallaşa bilər

Avropa İttifaqı Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən genişmiqyaslı sanksiyalar paketini qəbul edəcək.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın oktyabrın 12-də Lüksemburqda keçiriləcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə təsdiqlənməsi planlaşdırılır.

“Rusiya dizel yanacağına qarşı sanksiyaların dayandırılması Moskvaya əlavə gəlir gətirəcək. İndi Rusiyaya təzyiqləri azaltmağın vaxtı deyil və Avropa bunu etməyəcək”, — deyə o bildirib.

Kallas əlavə edib ki, bu məhdudiyyətlər Rusiyanın hərbi sənayesinə qarşı yönələcək.

Diplomatik mənbələrin məlumatına görə, Aİ ölkələrinin səfirləri artıq 1569 mövqedən ibarət sanksiyalar siyahısını razılaşdırıblar. Siyahıya 743 fiziki şəxs və 826 təşkilat daxildir. Kallas daha əvvəl yeni sanksiyalar paketinə rusiyalılar üçün viza məhdudiyyətlərinin, o cümlədən xüsusi hərbi əməliyyatın iştirakçılarının ölkəyə girişinə qadağanın da daxil ediləcəyini bildirmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm